Hesabat ilində Dövlət Neft FondunUN investisiya portfelinin alt portfellər üzrə bölgüsündə portfelin lokal valyutada gəlirliliyi (-5,2%) olmasına baxmayaraq artım müəyyən edilİB.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Yüksək neft qiymətləri nəticəsində hesabat ilində Fondun xalis daxilolmalarının 7,35 mlrd. ABŞ dolları təşkil etməsi, bunun da 4,37 mlrd. ABŞ dolları Borc öhdəlikləri və pul bazarı alətlərinə, 2,84 mlrd. ABŞ dolları səhmlərə, 0,14 mlrd. ABŞ dolları isə Daşınmaz Əmlaka yatırılmasına və hesabat ilinin icra göstəricilərinə əsasən Fondun aktivlərinin bazar dəyərində qiymət dəyişkənliyindən yaranan 2 461,3 mln. ABŞ dolları (və ya – 5,2%) azalması Fondun aktivlərinin hesabat ilini 49 033,6 mln. ABŞ dolları ilə yekunlaşmasına şərait yaradıb.