hesablamaMüxtəlif qlobal bazarlar və sektorlar üzrə divesifikasiyanın təmin edilməsi məqsədilə investisiya siyasəti çərçivəsində mərhələli olaraq sərmayə qoymaqla səhm portfelində balanslaşdırmaya üstünlük verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Qlobal bazarların yüksək qeyri-müəyyənlik dövründə daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyinin geriləməsinin müşahidə edilməsi dinamik bazar dəyişikliklərinə uyğunlaşmaq məqsədilə güclü bazar prinsiplərinə əsaslanan daşınmaz əmlak növlərinin araşdırılması vacibdir.