II və III qruplar üzrə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən sosial şəbəkədə məlumat verilib.

Qeyd edilib ki, II və III qruplar üzrə qəbul imtahanının nəticələrinin bu həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.