kamalFövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
Heftelik.az-ın “Qaynarinfo”ya istinadla xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
Baş İdarənin bundan əvvəlki rəisi polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilmişdi.
Xatıradaq ki, qaydalara əsasən, general rütbəsi almaq üçün FHN-də Baş İdarə rəisi olmaq lazımdır.