Hesabat ilində Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 mln. ABŞ dolları və yaxud 7,2 mln. manat təşkil edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 mln. manat) nisbətən 14,6 mln. manat və ya 66,9 faiz az icra olunub. Habelə 2021-ci ilə nisbətən (21,4 mln. manat) bu gəlir maddəsinin icrasında 14,2 mln. manat və yaxud 8,3 mln. ABŞ dolları məbləğində azalma qeydə alınıb.
2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 mln barrel təşkil etsə də, hesabat ili ərzində bu kəmər vasitəsilə faktiki olaraq 7,22 mln. barrel həcmində neft nəql edilib.