Həmçinin lokal valyutada mənfi gəlirlilik üzrə ən böyük pay (aktiv növünün ümumi investisiya portfelindəki çəkisi nəzərə alınmaqla) səhm alt portfelində olmasına baxmayaraq hesabat ilində vəsaitlərin strateji bölgüsü çərçivəsində səhm alt portfelinin xüsusi çəkisi artıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Hesabat ilində Azərbaycan korporativ istiqrazlarının ümumi həcmi azalmaqla yanaşı bəzi istiqrazların müqaviləyə uyğun 2022-ci ildə nominal üzrə ödənişləri edilib, əksər istiqrazların bazar dəyərində isə azalma müəyyən edilib.