Azərbaycanda son 4 ildə nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin dəyər ifadəsində artımı məlum olub.

Heftelik.az-ın məlumatına görə, 2018-ci ildə nəqliyyat və anbar təsərrüfatı sahəsində  5032,6 milyon manat, 2022-ci ildə 8041,9 milyon manat dəyərində xidmət göstərilib. Nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlər dəyər ifadəsində 3 009,3 milyon manat, yaxud 59,8 faiz artıb.