Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etməyə görə cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.