Fərarilik…

20 İyul 2023, 13:30

Fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmamasına (gəlməməsinə) görə tətbiq edilən cəzalar açıqılanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.

Fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.