Hesabat ilində büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi fonunda valyuta bazarının tənzimlənməsi məqsədilə xarici valyutanın milli valyutaya konvertasiya edilməsilə dövlət büdcəsinə köçürmələr transfert məbləğində əhəmiyyətli volatilliyin müşahidə edilməsi (transfert üzrə qənaət) Dövlət büdcəsi üzrə xarici borc öhdəliklərinin bir hissəsinin daxili borclanma ilə əvəz edilməsi (ortalama 5%-8% aralığında) maliyyə planlaşdırmalarında fiskal və monetar siyasətin qarşılıqlı vəhdətindən irəli gələn yeni meyarların hazırlanması vacibdir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Dəyişkən bazar şəraitində idarəetmə çevikliyinin təmin edilməsi məqsədilə ümumi olaraq valyutalar üzrə bölgü sisteminə yenidən baxılması orta və uzunmüddətli investisiya strategiyasının tətbiqinə və investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına şərait yaratması məqsəduyğun sayılıb.