Fondun Borc öhdəlikləri və pul bazarı alt portfelinin valyutalar üzrə bölgüsündə hesabat ilində Çin yuanı və Türk lirəsi portfeli üzrə müsbət gəlirlilik müşahidə edilib, digər valyutalar üzrə isə gəlirlilik göstəricisi mənfi olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Çin yuanı və Türk lirəsi portfeli üzrə müsbət gəlirlilik müşahidə edilsə də, Fondun baza valyutası olan ABŞ dollarına nisbətdə müvafiq olaraq 49,7 mln. ABŞ dolları və 64,5 mln. ABŞ dolları məzənnə fərqindən büdcədənkənar xərc yaranıb.