Rüfət Babayev vəfat etdi

20 İyul 2023, 07:00

Dövlət “Qaya” ansamblının direktoru, əməkdar artist Rüfət Babayev vəfat edib.

Heftelik.az-ın məlumatına görə,  bununla bağlı xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında paylaşım edib.

Rüfət Babayev Rusiyanın Moskva şəhərində ürək tutmasından dünyasını dəyişib.

Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri, xalq artisti Rauf Babayevin oğludur.

Allah rəhmət eləsin.