Hesabat ilində Səhm alt portfelinə neft-qaz gəlirlərinin hesabına ümumilikdə 2 836,0 mln. ABŞ dolları məbləğində yeni investisiya edilib, 2022-ci ildə alt portfelə daxil olan alətlərin bazar dəyərinin dəyişməsi nəticəsində 1 608,2 mln. ABŞ dolları və alt portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 175,0 mln. ABŞ dolları zərər edilməsi nəticəsində alt portfeldə artım 1 042,6 mln. ABŞ dolları olması müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Həmçinin lokal valyutada mənfi gəlirlilik üzrə ən böyük pay (aktiv növünün ümumi investisiya portfelindəki çəkisi nəzərə alınmaqla) səhm alt portfelində olmasına baxmayaraq hesabat ilində vəsaitlərin strateji bölgüsü çərçivəsində səhm alt portfelinin xüsusi çəkisi artıb.