Satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların pozulmasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun və tenderin əsas şərtlər toplusunun “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.