Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.

Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynada baş verən hadisələrlə əlaqədar davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.