Azərbaycan dili və terminləri üçün adaptasiya edilmiş cizgilər, geoloji hesabatlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Dağ-Mədən Ayırması Aktı audit qrupuna təqdim edilməyib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, təqdim edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu Aktları” araşdırılarkən 2011-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayınadək cəmi 76.076.000,88 manat dəyərində Forma 2 Aktlarının sifarişçi təşkilat Komitə tərəfindən müvafiq vəzifəli şəxslərin imzası və möhürlə təsdiq edilmədiyi müəyyən olunub.