Belə istisna var

21 İyul 2023, 10:15

Toplanmış audit sübutları, həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən təqdim edilmiş məlumatlar yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırıb, auditor tərəfindən Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməyin ödənişi, eləcə də mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi istiqamətində fəaliyyəti istisna olmaqla, əsasən qüvvədə olan hüquqi aktlara uyğun olması ilə bağlı rəy təqdim edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair İdarənin münasibəti diqqətə alınmaqla əməyin ödənişi, büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının keçirilməsi, həmçinin mühasibat uçotunun təşkili və aparılması prosesində hüquqi aktların tələblərinə tam riayət edilməsi və bu sahədə nəzarətin gücləndirilməsi zərurəti hesabatda diqqətə çatdırılıb.