“Subproqram 1.1. Bitkiçilik məhsulları istehsalının dəstəklənməsi” tədbiri çərçivəsində məhsul subsidiyasının verilməsi üzrə 2022-ci ildə 59584,9 min manat vəsaitin xərcləndiyi göstərilib ki, bu da 2021-ci ilə nisbətən 30574,1 min manat və ya 2,1 dəfə çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Belə ki, pambığın tədarükçülərə təhvil verilməsinə görə ödənilmiş məhsul subsidiyasının məbləği 2022-ci ildə 56438,3 min manat olmaqla 2021-ci illə müqayisədə 28078,5 min manat və ya 2,0 dəfə çox olduğu halda, respublikada 2022-ci ildə cəmi 322,5 min ton miqdarında pambıq tədarük edilərək əvvəlki illə (287,0 min ton) müqayisədə 12,4% çox olub. 2022-ci ildə əvvəlki 2 ildən fərqli olaraq pambıq əkininə görə əkin subsidiyası verilməyib, eyni zamanda pambığın tədarükçülərə təhvil verilməsinə görə 1 ton üzrə 170,0 manat məbləğində məhsul subsidiyası (2020-2021-ci illərdə həmin məbləğ 100,0 manat olmuşdur) ödənilib.