Sumqayıt Regional Mədəniyyət İdarəsində audit sübutlarının əldə edilməsi zamanı predmet məsələlər üzrə ayrılan dövlət vəsaitlərinin hərəkətini, bu vəsaitlər ilə həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarını, ümumilikdə dövlət vəsaitlərinin idarə edilməsini və icrasını əks etdirən sənədlər araşdırılıb.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Audit qrupu tərəfindən tərtib olunan hesabat və ona əlavələr təhlil edilib, həmçinin həmin hesabatla bağlı İdarənin 17.03.2023-cü il və 30.03.2023-cü il tarixli məktubları diqqətə alınıb.