Əsasnamədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin 32 istiqamət üzrə, o cümlədən regionda müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi, Nazirlik tərəfindən siyahısı təsdiq edilmiş İdarənin tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlərin görülməsi vəzifəsi müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Eləcə də bu vəzifələrin yerinə yetirilməsi ilə bağlı hüquqları əks olunub, onlar arasında öz səlahiyyətlərini həyata keçirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, İdarənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək və dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin etmək hüququ qeyd edilib.