Dövlət Təhlükəsizliyi Xidməti kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların olub-olmamasının müəyyən edilməsi məqsədilə müdaxilə sınaqlarının keçirilməsinə dair illik və (və ya) cari planları təsdiq etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Yoxlama tədbirləri nəticəsində kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, habelə təhlükəsizlik üzrə kritik hal baş verdikdə tədbirlər görmək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) də DTX-nın vəzifələri sırasındadır.