Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinin tapşırığı əsasında kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinə dair hesabatlar, arayışlar və məlumatlar hazırlamaq Dövlət qurumları üzrə kibermərkəzin vəzifələrinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Dövlət qurumları üzrə kibermərkəz XRİTDX tərəfindən həvalə olunmuş digər vəzifələri də yerinə yetirməlidir.