Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi mühüm zərər vurduqda cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi mühüm zərər vurduqda min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.