Milli kibermərkəzin vəzifələrindən ikisi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Milli kibermərkəzin vəzifələri sırasına kritik informasiya infrastrukturu obyektinin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlamaq və Reyestrin aparılması, idarə olunması və inkişaf etdirilməsini təmin etmək (dövlət qurumlarına münasibətdə Dövlət qurumları üzrə kibermərkəzlə birgə) daxildir.