Cəmiyyət tərəfindən Hesablama Palatasına təqdim olunmuş 2021-ci və 2022-ci illər üzrə büdcə xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə fəaliyyət planlarında təsərrüfatlararası kanallardan xaric edilən suyun orta illik həcminin hər 2 ildə eyni olmaqla 7954,7 mln. metr3 olduğu göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Eləcə də, Cəmiyyət tərəfindən təqdim olunmuş məlumatlar əsasında hər hektar suvarılan sahəyə düşən suvarma suyunun miqdarı 2021-ci ildə 5,1 min metr3, 2022-ci ildə isə 5,6 min metr3 alınır.
Yuxarıda qeyd edilənlər suvarma suyunun uçotunun dəqiqləşdirilməsi və itkilərin azaldılması istiqamətlərində tədbirlərin gücləndirilməsini zərurətə çevirir.