Yoxlama planından əlavə, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının yoxlanılmasının hansı hallarda keçirilə biləcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Yoxlama planından əlavə, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının yoxlanılması aşağıdakı hallarda keçirilə bilər:
– Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin və ya Azərbaycan Respublikası Baş nazirinin tapşırığı ilə;
– kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdid, kiberhücum, kiberinsident və ya təhlükəsizlik üzrə kritik hal ilə əlaqədar olaraq, habelə bu barədə aidiyyəti kibermərkəzə daxil olmuş və ya mediada yayımlanan məlumatlar əsasında səlahiyyətli orqanın tapşırığı ilə;
– kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının yoxlamanılması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün görülmüş tədbirlərin qiymətləndirilməsi məqsədilə;
– dövlət qurumunun müraciəti əsasında.