Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Coşqun Gərəyov  ölüb.

İki sərnişin –  2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu isə ağır xəsarət alıb və Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.