Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd edilib ki, araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Məlumata görə, Qubad İbadoğlunun ofisində axtarış aparılır.
Qeyd edək ki, Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olub. Partiya bu ilin əvvəlində buraxılıb.