Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının nəticəsi və həmin tələblərə uyğunluğun təmin olunması ilə bağlı görülmüş tədbirlər haqqında səlahiyyətli orqanın rəhbərinə məlumat verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün səlahiyyətli orqan tərəfindən yaradılan komissiyanın tərkibi, yoxlamanın məqsədi, başlanma və qurtarma vaxtı bu Qaydalarda qeyd olunan yoxlama planı və ya tapşırıq (müraciət) əsasında müəyyən edilir.