Milli kibermərkəzin (dövlət qurumlarına münasibətdə həmçinin Dövlət qurumları üzrə kibermərkəzin) Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarıyla müəyyən olunmuş vəzifələrini həyata keçirmək üçün hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Bu Qaydalarla həvalə olunmuş vəzifələrin icrası üçün kritik informasiya infrastrukturu subyektindən kritik informasiya infrastrukturu təhlükəsizliyinin təmin olunması vəziyyətinə dair məlumatları ödənişsiz, birbaşa və dərhal əldə etmək və kibertəhdidlərə qarşı mübarizəyə, kiberhücumlara, həmçinin kiberinsidentlərə qarşı cavab tədbirlərinin (adekvat reaksiyanın) həyata keçirilməsinə dəstək vermək, bu tədbirləri təşkil etmək və nəticələrini nəzarətdə saxlamaq Milli kibermərkəzin (dövlət qurumlarına münasibətdə həmçinin Dövlət qurumları üzrə kibermərkəzin) vəzifəsidir.