Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.