Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunmasına dair yoxlamaların, habelə real vaxt rejimində mərkəzləşmiş nəzarətin, o cümlədən fasiləsiz (24/7 rejimdə) monitorinqin həyata keçirilməsi üçün zəruri informasiya mənbələri (sübutlar) olan qeydiyyatların formalaşdırılmasını, bu qeydiyyatlarda kritik informasiya infrastrukturu obyektinin konfiqurasiyası, funksionallığı və onlara aid texniki xidmətlər (qulluqlar) barədə məlumatların müvafiq resurslarda xronoloji toplanılmasını, onların konfidensiallığını və tamlığını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunmasına dair yoxlamaların, xüsusilə də real vaxt rejimində mərkəzləşmiş nəzarətin, o cümlədən fasiləsiz (24/7 rejimdə) monitorinqin həyata keçirilməsi üçün müəyyən edilmiş tələblərə uyğun şərait yaradır, bununla əlaqədar zəruri məlumatların, o cümlədən qeydə alınmış kiberinsidentlər barədə məlumatların aidiyyəti kibermərkəz tərəfindən ödənişsiz, birbaşa və dərhal əldə olunmasını təmin edir.