Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərlə mübarizə üzrə əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil etmək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərin qarşısının alınması məqsədilə təhlükəsizlik riskləri, zərərverici proqram təminatı, qlobal və lokal xarakterli kiberinsidentlər, kritik informasiya infrastrukturuna münasibətdə törədilmiş kiberhücumlar, cəhdlər və bununla bağlı olan digər məlumatları toplamaq və təhlil etmək, təhdidlərin kritik informasiya infrastrukturunun təhlükəsizliyinə potensial təsirlərini qiymətləndirmək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) də DTX-nın vəzifələrinə daxildir.