Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.