Hesablama Palatası dövlət maliyyəsi sahəsində əsas meyilləri mütəmadi təhlil etməklə bu sahəni daim diqqətdə saxlayır.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatası əməkdaşlarının bu istiqamətdə apardıqları araşdırmalara dair analitik materialları “Aktual problemlər” rubrikası vasitəsilə təqdim edir: “Hesabat dövründə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı keçirilən illik toplantıya ölkənin ali audit qurumu olaraq ev sahibliyi etmişik. Bununla yanaşı, Yaponiyaya işgüzar səfər etmiş, iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışıq. Sözügedən tədbirlər barədə ətraflı məlumatı böyük həvəslə “Beynəlxalq əməkdaşlıq” rubrikasında sizinlə paylaşmışıq”.