2001-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Hesablama Palatası fəaliyyət göstərdiyi 20 ildən artıq müddət ərzində qanunla müəyyən edilmiş hüquqlarından istifadə etməklə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlib və Ulu Öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət çərçivəsində fəaliyyətini davam etdirir.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, məsuliyyət hissi ilə bildiririk ki, ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” kimi elan edilmiş 2023-cü ildə ali audit orqanı kimi üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, Ulu Öndər və onun layiqli davamçısı olan Möhtərəm cənab Prezident tərəfindən dövlət maliyyəsi sahəsində bizə göstərilmiş etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik: “Bununla biz, ali audit orqanı tərəfindən cəmiyyət üçün dəyər yaratmağı və vətəndaşların həyatına müsbət dəyişikliklər gətirməyi nəzərdə tutan INTOSAI-P 12-də əksini tapmış prinsiplərin tətbiqinin gücləndirilməsini hədəfləyirik”.