Hesablama Palatasının təklifləri var.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Hesablama Palatası dövlət büdcəsi xərclərinin nəticəəsaslı büdcəyə keçidi mexanizminə nail olunması üçün aşağıdakı məsələlərin tənzimlənməsi ilə bağlı zəruri tədbirlərin görülməsi vacib hesab edir:
– Azərbaycan Respublikası Prezidentinin “Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 04.02.2019-cu il tarixli 513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 1.3-cü bəndindən irəli gələn tələblər çərçivəsində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq əlavə və dəyişikliklər edilməsi;
– Fərmanın 1.1-ci bəndindən irəli gələn tələblər çərçivəsində nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planının (konkret icraçılar və icra müddətləri göstərilməklə) təsdiq edilməsi;
– Fərmanın 1.2.2-ci yarımbəndindən irəli gələn tələblərin (büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu Fərmanın 1.1-ci hissəsində qeyd olunmuş “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının təqdim olunması) icrası prosesində tənzimləyici uyğunsuzluqların tam aradan qaldırılması, strateji planların hazırlanması qaydaları büdcə təşkilatları üçün müəyyənləşdirildiyi (“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2018-ci il tarixli 571 nömrəli Qərarı ilə) halda, büdcə xərclərinin funksional təsnifatının müvafiq bölmələrindən vəsaitlər alan (maliyyələşən) qeyri-büdcə təşkilatları üzrə yanaşmaların (gəlir əldə etmə perspektivləri və indikatorları) hər hansı formada tənzimlənməsi.