Auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən ümumilikdə 353,5 saat hesabına artıq ödənilmiş əməkhaqqı üzrə cəmi 99542,5 manat, əməkhaqqına əlavələr üzrə 8040,2 manat, Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə dərslərin üst-üstə düşməsi səbəbindən artıq ödənilmiş 34564,0 manat vəsaitdən 28600,0 manat, əməkhaqqı kartlarına artıq ödənilmiş 6 halda ümumilikdə 2371,27 manat, normadan artıq ödənilmiş yanacaq xərci üzrə 658,0 manat, ezamiyyə günlərinin sayının düzgün müəyyən edilməməsi nəticəsində 5 halda artıq ödənilmiş ezamiyyə xərci üzrə 1344,6 manat, tədbirlərin keçirilməsi məqsədilə istifadə edilən materialların düzgün olmayaraq xərcə silinmiş dəyəri üzrə 1510,0 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində 8,0 ştat vahidinin 01.02.2023-cü il tarixindən yeni ştat cədvəlinə daxil edildiyi, 2022-ci ilin maliyyə hesabatlarının layihəsində müəyyən olunmuş təhriflərin düzəlişlər edilməklə hesabatların yenidən tərtib olunduğu nəzərə alınmış, tarifləşmənin düzgün aparılmaması səbəbindən artıq ödənilmiş 4265,6 manat və əskik ödənilmiş 2688,0 manat, dərslərin üst-üstə düşməsi səbəbindən 34564,0 manat artıq ödənilmiş əməkhaqqından qalan 5964,0 manat məbləğində vəsaitin müvafiq qaydada bərpasının təmin edilməsi, artıq ödənilmiş vəsaitlərin bərpasının maliyyə hesabatlarında əks olunması ilə bağlı tapşırıqlar əks olunub.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.