Sumqayıt Regional Mədəniyyət İdarəsinin strukturu və ştat cədvəli Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, eləcə də nəzarət etdiyi qurumların siyahısı və nomenklaturası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
İdarənin aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Əsasnaməyə görə İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir və İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.