Milli kibermərkəz kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinə Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarında əks olunmuş subyektlər vasitəsilə real vaxt rejimində mərkəzləşmiş nəzarəti həyata keçirməli, bunun üçün əldə olunmuş məlumatları mərkəzləşmiş qeydiyyata almalı, toplamalı, sistemləşdirməli və təhlil etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Eyni zamanda Milli kibermərkəz dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət edilməsinin yoxlanılmasına dair Dövlət Təhlükəsizliyi Xidmətinin təsdiq etdiyi planı Reyestrdə yerləşdirməlidir.