Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
Heftelik.az-ın məlumatına görə, hadisə saat 11.30 radələrində “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.
Partlayış nəticəsində Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu həyatını itirib, Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı yaralanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.