“36,6 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyekti üzrə 2011-2022-ci illərdə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilib və podratçı təşkilata ödənilmiş işlərin dəyəri müasir qiymətlər ilə tərtib edilib, nəticədə birbaşa xərclərə tətbiq edilən “Plan yığımı” və “Üstəlik xərclər” üzrə podratçı təşkilatın süni şəkildə gəlirinin artırılmasına şərait yaradılıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, 2011-2022-ci illərdə tərtib edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu Aktları”nda B25 markalı betonun hazırlanması kalkulyasiyasını təhlil edilərkən hazırda qüvvədə olan “Правила сметных норм на строительные конструкциии работы” Cədvəl 6-38 bənd 13-ə əsasən qiymətlərin əsassız artırılması müəyyən edilib.