İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.