Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batmış 3 gəncən daha 2-nin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Heftelik.az-a verilən məlumata görə, 2008-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun və  2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 10.10

Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Heftelik.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı – Bakı şəhər sakini Nemət Əhmədovdur.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Artıq 17 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.