Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.
Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.