Zaqatalada şəlaləyə gedərkən yüksək dağlıq-meşəlik ərazidə itkin düşən Bakı şəhər sakinləri düşdüyü dərədən çıxarılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ötən gün günorta saatlarında rayonun Qəbizdərə kənd inzibati ərazisinin yaxınlığında Zaqatala Dövlət Qoruğu ərazisində yerləşən şələləyə gedərkən yolu azıb dərəyə düşən Bakı şəhər sakinləri 27 yaşlı Əli Əlizadə və 24 yaşlı Əbdül Rzayev artıq ərazidən çıxarılıb və rayon mərkəzinə gətirilirlər.

***

saat 17.55

Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

***

saat 10.31

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.