“36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyekti üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4.317.988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
“36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyektində quraşdırılmış avadanlıqlara (hidravlik dəmir qapılar) ödənilmiş vəsaitə daxil edilən işlər araşdırılarkən gömrük sənədlərinə əsasən həmin işlərin ümumi dəyəri üzrə fərqin yaranması müəyyən edilib.