Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən əməyin ödənilməsi ilə bağlı yol verilmiş nöqsanlar, xüsusilə əskik ödənilmə halları, eləcə də digər regional idarələrdə göstərilmiş nöqsanlara rast gəlinmə riskini diqqətə çatdırmaqla auditin nəticəsi üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları və nöqsanların aradan qaldırılması məqsədi ilə Hesablama Palatasının Kollegiya Qərarının və təsdiq olunmuş Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərilməsi təklif edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.