Provayderin texnoloji resurslarına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Provayderin texnoloji resurslarına dair tələblər aşağıdakılardır:

– provayder kritik informasiya infrastrukturu obyektlərinə fasiləsiz, dayanıqlı və təhlükəsiz xidmət göstərilməsi üçün zəruri texniki-texnoloji infrastruktura (təhlükəsizlik əməliyyatları mərkəzi və zəruri aparat-proqram təminatına, fasiləsiz (24/7 rejimdə) iş şəraitinə, perimetr və fiziki təhlükəsizlik həllərinə və s.) sahib olmalıdır;

–  kritik informasiya infrastrukturu obyektlərinə xidmətlərin göstərilməsində xarici təchizatçılar və şirkətlərdən alınan həllərlə yanaşı, milli texniki-texnoloji həllərdən istifadə olunmalıdır;

– provayderin müvafiq infrastrukturu fasiləsiz xidmətin təmin edilməsi üçün əsas və alternativ texnoloji infrastruktur, eləcə də əsas və alternativ enerji mənbələri ilə təmin olunmalıdır;

– provayder təhlükəsizlik üzrə kritik halların səlahiyyətli orqana bildirilməsi üçün şifrələnmiş kommunikasiya (şəbəkə kanalı) imkanlarına malik olmalıdır.