Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxslərdən qarşılaşdıqları informasiya təhlükəsizliyinə dair kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları toplamaq, təhdidlərin qabaqlanması, qarşısının alınması və onlarla mübarizə aparılması üçün zəruri olan məlumatları operativ şəkildə onlara vermək, müraciət olunduqda müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərmək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Kiberhücumlar, təhlükəsizlik riskləri, zərərverici proqram təminatı və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə digər təhdidlərlə bağlı kritik informasiya infrastrukturu subyektlərinə xəbərdarlıqlar və tövsiyələr vermək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) vəzifəsini də DTX həyata keçirməlidir.